Yaxın həftələrdə Tayvan adasına ABŞ istehsalı olan M1A2T “Abrams” tankının 28 ədədi çatdırıla bilər. Çatdırılma mart ayından əvvəl gözlənilir.
Herbiand.az bildirir ki, bu barədə Taipei Times qəzeti məlumat verib.
Qəzet qeyd edib ki, adanın Müdafiə Nazirliyi tankların yük gəmiləri ilə çatdırılmasının mümkün qədər tez bir zamanda təşkili ilə fəal şəkildə məşğul olur.
Qeyd edək ki, Vaşinqton 2019-cu ildə Tayvana 108 ədəd M1A2T “Abrams” tankının satışını təsdiqləyib. Sazişin ümumi dəyəri 40,5 milyard Tayvan dolları (sazişin bağlandığı vaxt 1,45 milyard ABŞ dolları) təşkil edib. Ada artıq 80 tank alıb. 2024-cü ilin dekabrında 38, 2025-ci ilin iyulunda isə 42 ədəd.
Bəxtiyar CƏFƏRLİ