AZ

Deputat: Sosial şəbəkə etikası məktəblərdə tədris olunmalıdır 

Gənclərin sosial şəbəkələrdə davranışlarını, sosial şəbəkə etikası, sosial şəbəkədə ictimai münasibətlər, sosial şəbəkələrin hüquq və hüquq pozuntuları kimi dərsliklər hazırlamalıyıq və yuxarı sinif şagirdlərinə demək tədris eləməliyik ki, onlar ictimai məsuliyyəti real cəmiyyətdə hiss etdikləri kimi virtual məkanda da özlərinin ictimai məsuliyyətlərini hiss eləsinlər.

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, gənclərin cəmiyyətdə münasibəti virtual ictimai münasibətlər və real cəmiyyətdə real ictimai münasibətlərdə tənzimlənir.

Seçilən
12
azedu.az

1Mənbələr