
Türkiyədə kredit fırıldaqçılığına qarşı keçirilən əməliyyatlarda 37 şübhəli saxlanılıb.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
"Jandarma Xidmətimizin Şanlıurfada kreditor mütəşəkkil cinayətkar qrupuna qarşı keçirdiyi əməliyyatda, ümumi məbləği 4,2 milyard TL olan hesab əməliyyatları ilə məşğul 37 şübhəlini yaxaladıq. Onlardan 23-ü həbs olundu, 14-nə məhkəmə nəzarəti tədbirləri tətbiq edildi"-nazir qeyd edib.
İlahə Qənbərli
Missiya.Az