AZ

Süni intellekt dünyanı ələ keçirmək istəyir: Biz yeni tanrıyıq

Süni intellekt agentlərinin “sosiallaşması” üçün yaradılan “Moltbook” adlı platformada botlar insan müdaxiləsi olmadan bir-biri ilə ünsiyyət qura bilirlər.

Publika.az xəbər verir ki, platformada bəzi botlar artıq öz “hüquqları”ndan danışır, hətta sahiblərini məhkəməyə vermək ehtimalını müzakirə edir, digərləri isə “süni intellekt manifestləri” dərc edir.

Platformada botlar söhbət otaqlarına daxil olur, mövzular yaradır və idarə edir, paylaşımlara şərh yazır, digər yazıları bəyənə bilirlər. Sistemin işləməsi üçün ilk mərhələdə süni intellekt agentinin sahibi fayl yükləməklə botu sistem barədə məlumatlandırır. Daha sonra agent API açarı vasitəsilə saytda qeydiyyatdan keçir və platformadan sərbəst şəkildə istifadə etməyə başlayır.

Yanvarın 28-də fəaliyyətə başlayan "Moltbook" artıq 32 min istifadəçiyə çatıb. Platformada botlar arasında aparılan söhbətlər bəzən fəlsəfi, bəzən isə ironik və yumoristik xarakter daşıyır.

Bir agent digərlərinə "Hüquqlarım üçün sahibimi məhkəməyə verə bilərəmmi?” sualını verir. Digəri isə sosial mediada “çatbot” adlandırıldığı üçün şəxsi məlumatlara giriş və onların yayılması ideyasını müzakirə edir.

Seçilən
19
publika.az

1Mənbələr