AZ

"İbrahim etdiklərinin cəzasını çəkir"

Aktrisa Perihan Savaş keçmiş həyat yoldaşı İbrahim Tatlıses haqda danışıb.

Aktrisa illər əvvəl Tatlısesdən gördüyü şiddət zamanı yaşadıqlarını xatırlayıb.

O, illər sonra bu haqda *Hürriyet"ə müsahibəsində söz açıb:

"40 il əvvəl bir hadisə baş verdi. Mənə şiddət göstərdi. İş məhkəməyə getdi və cəzası verildi. Bir qızımız var. Sonra mən başqası ilə evləndim, başqa bir uşağım oldu. Nə etməliyəm? Onun mənə etdiyi kimi, mən də onu şillələməliydim?

O, həmçinin etdiyi bəzi şeylərin bədəlini çox ağır ödəyir. Mən irəli baxıram. Bəzi insanlar "pul üçün" onunla olduğumu yazırdılar. İbrahim Tatlıses heç vaxt mənə pul xərcləməyib. Mən həmişə öz pulumu özüm qazanmışam".
 
 
 

Seçilən
4
7news.az

1Mənbələr