AZ

Nazir müavini: Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət gənclər üçün aydın “yol xəritəsi”nə çevrilib

Bakı, 2 fevral, AZƏRTAC

Gənclər siyasətinin əsası birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində gənclər siyasəti üzrə möhkəm hüquqi baza formalaşdırılıb, bu sahədə mühüm fərman və sərəncamlar qəbul olunub. Həmin sənədlər gənclərin inkişafına güclü stimul verib və onların cəmiyyətin fəal üzvlərinə çevrilməsində mühüm rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Gənclərinin XI Forumunda elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

“Qeyd etmək lazımdır ki, bu siyasətin təməli qoyularkən ölkəmiz üçün olduqca çətin bir dövr idi. Buna baxmayaraq, gənclərə olan inam və etimad daim qorunub. Bu gün gənclərimizə baxarkən böyük qürur hissi keçirirəm. Sizin malik olduğunuz imkanlar məhz həmin dövrdə yaradılan möhkəm əsasların nəticəsidir”,- deyə nazir müavini vurğulayıb.

Firudin Qurbanov əlavə edib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət gənclər üçün aydın “yol xəritəsi”nə çevrilib. Məhz bu uğurlu siyasətin nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu tarixi prosesdə gənclərimizin göstərdiyi şücaət hər zaman xüsusi vurğulanır və onlara böyük dəyər verilir.

Seçilən
0
azertag.az

1Mənbələr