AZ

Ali Məclisə seçkilərin təyin edilməsi qaydası dəyişir

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təyinedilməsi qaydası dəyişir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasındadəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində özəksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR Ali Məclisinin sədriNaxçıvan MR Ali Məclisinə seçkiləri təyin edir.

Təklif edilən dəyişikliyə görə, Naxçıvan MR-in Ali Məclisinəseçkiləri Naxçıvan MR Ali Məclisi sədrinin təklifləri əsasındaAzərbaycan Respublikasının Prezidenti təyin edəcək.

Həmçinin müharibə şəraitində hərbi əməliyyatların aparılmasıNaxçıvan MR Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdəNaxçıvan MR Ali Məclisinin çağırışının səlahiyyət müddəti hərbiəməliyyatların sonunadək uzadılacaq. Bu barədə qərar Naxçıvan MR-dəseçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlətorqanının müraciətinə əsasən Naxçıvan MR Ali Məhkəməsi tərəfindənqəbul ediləcək.

Qanun layihəsi müzakirəyə çıxarılaraq ikincisəsvermədə qəbul edilib. İlk səsvermə 2025-ci iliyulun 8-də keçirilib.

Seçilən
15
1
az.trend.az

2Mənbələr