AZ

FT: Tramp nüvə silahlarına məhdudiyyətləri qorumaq istəyir

ABŞ prezidenti Donald Tramp nüvə silahlarına məhdudiyyətləri saxlamaq və Çini danışıqlara daxil etmək istəyir...

Poliqon xəbər verir ki, bu barədə Financial Times qəzetinin prezident administrasiyasındakı ABŞ rəsmisinə istinadən yazıb.

"Tramp dəfələrlə nüvə silahlarının bütün dünyaya yaratdığı təhlükəyə qarşı mübarizə aparmaq zərurəti barədə danışıb və həmçinin nüvə silahlarına məhdudiyyətləri saxlamaq və Çini silahlara nəzarət danışıqlarına daxil etmək istədiyini bildirib", deyə o bildirib.

Qəzet ehtimal edir ki, Tramp son anda Rusiya ilə ABŞ arasında 5 fevral 2026-cı ildə müddəti bitən Strateji Silahların Azaldılması Müqaviləsinin (START) müddəalarına riayət etməyə razı ola bilər.

29 yanvarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın START müqaviləsi ilə bağlı Vaşinqtondan cavab gözləməyə davam etdiyini bildirib. Peskovun sözlərinə görə, ABŞ hələlik müqavilənin uzadılması ilə bağlı qərarını açıqlamayıb. 2025-ci ilin noyabr ayında Rusiya prezidenti Vladimir Putin bildirib ki, əgər ABŞ yeni START müqaviləsini uzatmaq istəmirsə, o zaman buna ehtiyac yoxdur.

Reuters həmçinin bildirib ki, Rusiya ilə ABŞ arasında müqavilənin uzadılmaması nəzarətsiz silahlanma yarışına səbəb ola bilər.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr