AZ

Keçmiş komissar: Fon der Leyenin prezident sistemi Avropaya zərər verir

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin "prezident" idarəetmə tərzindən istifadə etməsi bütün Avropa üçün zərərlidir...

Poliqon xəbər verir ki, bunu Məşğulluq və Sosial Hüquqlar üzrə keçmiş Avropa Komissarı Nikolas Şmitt Politico-ya bildirib.

"Məndə elə təəssürat yaranır ki, Komissarlar artıq əsasən susdurulublar. Təşkilatın sistemi yüksək dərəcədə mərkəzləşdirilib - onu prezidentlik və ya başqa bir şey adlandıra bilərsiz. Bu, Komissarlar Kollegiyası, Avropa Komissiyası və ya bütövlükdə Avropa üçün faydalı deyil", deyə o vurğulayıb.

Şmitt həmçinin qeyd edib ki, Avropa Komissiyasında uzunmüddətli vizyon və strateji planlaşdırma yoxdur.

"Əvvəllər bildiyimizdən çox fərqli bir dünyada Avropa haqqında əsl strateji müzakirə apardıqmı? Bizim əsl strateji yanaşmamız, əsl strategiyamız yox idi", deyə o, fon der Leyenin ilk müddəti haqqında bildirib.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr