AZ

Bu il maaş və pensiyalar nə qədər artacaq?

Bakı. Trend:

Ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faizazalsa da, qeyri neft-qaz sektorunda isə 2,7 faiz artıb.

Trend xəbərverir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye vəsahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünküplenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, sənayedə qeyri neft-qaz sektorununartım tempi daha yüksək olub:

“Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artmqeydə alınıb. Enerji bazarlarındakı volatilliyə baxmayaraq, qeyrineft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığınıgücləndirməkdədir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsiprosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qazsektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə 68 faiziniformalaşdıracaq”.

Deputat vurğulayıb ki, yalnız ötən il reallaşan 5-ci sosialpaket 3 milyondan çox vətəndaşımızı əhatə etməklə ölkəmizdə sosialtəminat sisteminin daha güclənməsinə xidmət edib:

“2025-ci ilki artımlar üçün illik əlavə olaraq 1,4 milyard manatayrılıb. Bu isə o deməkdir ki, yalnız 2020-ci ildən sonra Prezidentİlham Əliyevin göstərişi ilə reallaşan paketlərə 7.6 milyard manatəlavə vəsait yönəldilib. 2024-cü ildə respublika üzrə orta aylıqəmək haqqı 8.1 faiz artmışdırsa, ötən ilin ilk 11 ayında artım 9.3faiz olub. 2025-ci ilin yekun nominal orta aylıq əmək haqqı artımfazinin fevral ayının əvvəllərində rəsmi elan ediləcəyi gözlənilir.İlkin gözlənti 9.2 faiz maaş artımıdır”.

V.Bayramov əlavə edib, yaxın günlərdə bütün növ pensiyalarınindeksləşdirilərək artırılması baş verəcək:

“9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1,1milyondançox vətəndaşımıza şamil olunaraq yanvar ayındanhesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşagörə, əlilliyə görə və ailə başçısını itirməyə görə əməkpensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. 2026-cıildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağıproqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq vəbu məbləğ 2025-ci illə müqayisədə 7.9 %-dən çox artımdeməkdir”.

Milli Məclisin üzvü qeyd edib ki, 2026-cı ilin dövlətbüdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılmasınəzərdə tutulur.

“Bu 2026-cı ildə də sosial müdafiənin güclənməsi əsasprioritetlərdən olaraq qalacağından xəbər verir”, - deyə o fikrinitamamlayıb.

Seçilən
11
15
az.trend.az

10Mənbələr