AZ

Samuxda narkotik çəkib sükan arxasına keçən sürücü SAXLANILDI FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Samux rayonunda narkotik vasitənin təsiri altında olan sürücü müəyyənləşib. 

Avtosfer.az-ın məlumatına görə, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə “VAZ-2106” markalı nəqliyyat vasitəsinin sürücüsü Ramil Əliyev saxlanılıb.

Yoxlama zamanı həmin şəxsin hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilirb.

Müayinə zamanı R.Əliyevin narkotik maddə qəbul etdiyi müəyyən olunub. Əlavə olaraq həmin şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə olan marixuana da aşkarlanıb.

Araşdırma aparılır.

Nərmin

Oxunub 186

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
avtosfer.az

1Mənbələr