AZ

"Gənclər siyasəti keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub"

"Gənclərimiz ümummilli lider Heydər Əliyevin təsbit etdiyi bu bayram gününü qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi yüksək ruh və böyük coşqu ilə qeyd edirlər".

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında millət vəkili Rövşən Muradov bildirdi.

Onun sözlərinə görə, bu əlamətdar tarix Azərbaycan gəncliyinə cəmiyyət tərəfindən göstərilən yüksək dəyərin bariz ifadəsidir:

"Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də ardıcıl şəkildə davam etdirilən dövlət gənclər siyasəti azərbaycanlı gənclərin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda formalaşması, onların hərtərəfli inkişafı və ölkənin ictimai-siyasi həyatında fəal iştirakı üçün möhkəm zəmin yaradıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin mənəvi tərbiyəsi və inkişafı, xarici ölkələrdə təhsili, sosial tərəfdaşlıq və məşğulluq sahəsində həyata keçirilən tədbirlər, eləcə də gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan geniş imkanlar bu sahəyə göstərilən xüsusi diqqətin nəticəsidir. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycanda gənclərlə bağlı qəbul edilmiş normativ-hüquqi sənədlər və dövlət proqramları, habelə gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritetliyi ölkənin gələcək inkişaf mərhələsində həlledici rol oynayır".

Nuriyyə NATİQQIZI

Seçilən
28
redaktor.az

1Mənbələr