AZ

Gənclər beynəlxalq təmsilçilikdə fəal rol oynayır- ÖZƏL

"Bu gün Azərbaycanın gələcəyi üçün ən mühüm strateji istiqamətlərdən biri gənclərin liderlik potensialının inkişafıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti artıq real nəticələr verir - gənclər dövlət idarəçiliyində, elmdə, innovasiyada, ictimai fəaliyyətlərdə və beynəlxalq təmsilçilikdə fəal rol oynayır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Gənclər bu gün təkcə təhsil alan və ya könüllü fəaliyyət göstərən nəsil deyil, ölkənin intellektual, mənəvi və sosial dayağına çevrilmiş bir qüvvədir. Onların liderlik bacarığı, təşəbbüskarlığı və vətənpərvərlik ruhu Azərbaycanın sabahını daha güclü və sabit edəcəkdir.
Gənclər arasında həmrəylik, milli dəyərlərə sadiqlik və vətən sevgisi dövlətçilik düşüncəsinin əsas sütunlarıdır. Bu gün Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ideoloji xəttin və Cənab Prezident İlham Əliyevin formalaşdırdığı müasir dövlət modelinin daşıyıcısıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
34
olaylar.az

1Mənbələr