AZ

Fazil Mustafa İrandakı proseslərdən DANIŞDI: Alışdırılmalıyıq...

Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Biz cəmiyyəti mümkün proseslərə necə hazırlayırıq? Bu gün bütün dünya İranda baş verə biləcək hadisələrə hazırlıqlı şəkildə yanaşmağa çalışır".

Bakıvaxtı.az bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Fazil Mustafa söyləyib.

Onun sözlərinə görə, Türkiyədən tutmuş digər regional və qlobal aktorlara qədər hər kəs informasiya mühitini, medianı və cəmiyyəti mümkün ssenarilərə adaptasiya edir:

"Azərbaycanda da ictimaiyyət mümkün proqnozlara tədricən alışdırılmalı, xüsusilə də qaçqın axını və humanitar risklər kimi məsələlərdə cəmiyyətin necə davranmalı olduğu müvafiq dövlət qurumları vasitəsilə açıq şəkildə izah edilməlidir".

Parlament üzvünün sözlərinə görə, söhbət olduqca ciddi proseslərdən gedir və İranda baş verən hadisələrin Azərbaycanın milli təhlükəsizliyi üçün risklər yaratması ehtimalı istisna olunmur.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
bakivaxti.az

1Mənbələr