AZ

Melinda Qeytsin Bill Qeytslə boşanma səbəblərindın biri Epşteyn ilə əlaqəsi imiş

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Melinda Qeyts Bill Qeytsdən boşanmasının səbəblərindən biri kimi Cefri Epşteyn ilə keçmiş həyat yoldaşı arasındakı əlaqələri göstərməsi, ABŞ Ədliyyə Nazirliyinin ictimaiyyətə açıqladığı yeni Epşteyn sənədlərindən sonra xarici mediada geniş rezonans doğurub. Melinda Qeytsin Epşteyn haqqında "O iyrənc idi, sanki şərin vücut tapmış halı idi” ifadələri və Bill Qeytslə bağlı səsləndirdiyi ittihamlar, Qeyts ailəsi ətrafındakı müzakirələri yenidən alovlandırıb.

Qaynarinfo xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc edilən milyonlarla səhifəlik Cefri Epşteyn  sənədləri yalnız siyasi və maliyyə dairələrində deyil, eyni zamanda qlobal texnologiya və xeyriyyəçilik dünyasında da ciddi sarsıntı yaradıb. Yeni sənədlər Melinda Qeytsin Bill Qeytsin Epşteyn ilə münasibətlərini boşanmalarında mühüm amil kimi dəyərləndirdiyini bir daha gündəmə gətirib.

"Epşteyn məni ciddi şəkildə narahat edirdi”

Melinda Qeytsin açıqlamalarına görə, o, Bill Qeytsin Epşteyn ilə təmaslarından ciddi şəkildə narahat olub və bu vəziyyət onların evliliyində dərin dəyər ziddiyyətinə səbəb olub. Melinda bildirib ki, Epşteynilə əlaqələrə görə Bill Qeytsə açıq şəkildə etiraz edib və keçmiş həyat yoldaşının bu münasibətdən peşmanlıq duymasını "utancverici” hal kimi qiymətləndirib.

Bu fikirlər Melinda Qeytsinin daha əvvəl nəşr etdirdiyi xatirə kitabında yer alan açıqlamalarla da üst-üstə düşür. Həmin kitabda o, Epşteyn ilə yalnız bir dəfə görüşdüyünü və bu görüşdən sonra dərin qorxu və peşmanlıq hissi keçirdiyini yazmışdı.

Melinda Qeytsin Epşteyn üçün səsləndirdiyi "O iyrənc idi, sanki şərin vücut bulmuş halı idi” ifadəsi xarici mediada "Epşteynin kölgəsi Qeyts ailəsinin həyatına necə təsir etdi?” sualını yenidən gündəmə gətirib. Bir sıra media təhlillərində Melinda Qeytsin Bill Qeytsin Epşteyn ilə münasibətlərinə dair vurğuladığı "aydın məsuliyyət və peşmanlıq” mövqeyinin təkcə şəxsi açıqlama olmadığı, etik dəyərlər, ailə etimadı və liderlik məsuliyyəti mövzularında qlobal müzakirələrə yol açdığı qeyd olunub.

Digər nəşrlər isə bu açıqlamaların Epşteynlə bağlı sənədlərin təsir dairəsinin nə qədər geniş və dərin olduğunu bir daha ortaya qoyduğunu yazır.

"Utancverici hadisələr”

Sənədlər Bill Qeytsin Epşteyn ilə əlaqələrinin miqyasını yenidən sual altına alarkən, Qeyts tərəfi müxtəlif mənbələrə görə bu münasibətlərlə bağlı səsləndirilən ittihamları "utancverici və əsassız” adlandırır. Bill Qeytsin sözçüləri Epşteyn ilə bağlı iddiaları "absurd və tamamilə yanlış” kimi qiymətləndirərək rədd edib.

Mütəxəssislərin fikrincə, Melinda Qeytsin açıqlamaları yalnız bir boşanma səbəbi kimi deyil, eyni zamanda qlobal xeyriyyəçilik və iş dünyasında etik gözləntilər, güclü liderlərin məsuliyyəti və hesabatlılığı ilə bağlı daha geniş müzakirələrin başlanğıcı kimi dəyərləndirilir. Cefri Epşteyn dosyalarının açıqlanması və Qeyts ailəsi ilə bağlı ortaya çıxan yeni detalların uzun müddət ictimai yaddaşdan silinməyəcəyi bildirilir.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
qaynarinfo.az

1Mənbələr