Bakı. Trend:
Tehranda diplomatik nümayəndəlikləri olan Avropa İttifaqına üzvölkələrin səfirləri İran Xarici İşlər Nazirliyinə (XİN)çağırılıb.
Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (2 fevral) Tehranda keçirilən mətbuatkonfransında deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının İran İslam İnqilabıKeşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməsinəqarşılıq olaraq minimum iş səfirlərin XİN-ə çağırılmasıdır.
Bəqai bildirib ki, hazırda bir sıra addımların atılması nəzərdənkeçirilir, bəzi seçimlər hazırlanıb və yekun qərarın verilməsi üzrəaidiyyəti qurumlara göndərilib:
"Qarşıdakı günlərdə Avropa İttifaqının SEPAH-ı terror təşkilatıelan etməsi ilə əlaqədar İranın cavab addımları barədə qərarveriləcək".
Qeyd edək ki, Avropa İttifaqı 29 yanvarda İran İslam İnqilabıKeşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb vəİranda son etirazlarda amansızlıq göstərməkdə ittiham edib.