AZ

İranın Baş Qərargah rəisi o ölkələri hədələdi: Bu alov sizi də yandıracaq

BAKI, 2 fevral. TELEQRAF

“Qan davası hələ də qalır, ən kiçik səhv bizə hərəkətə keçmək üçün tam əsas verəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi deyib.

“Qarşıdurmaya və intiqam silləsi vurmağa tam hazırıq. Biz yalnız qələbə haqqında düşünürük. Düşmənin səs-küyü və zahiri heybətindən qorxmuruq.

Dünya İran İslam Respublikasının fərqli simasını görəcək. O zaman amerikalılar təhlükəsizlik içində olmayacaq, regiona düşəcək alov ABŞ və müttəfiqlərini də yandıracaq”, - o vurğulayıb.

Seçilən
7
teleqraf.com

1Mənbələr