Türkiyənin İstanbul əyalətinin Başakşehir rayonundakı İkimərtəbəli "Atatürk" avtomobil sənaye kompleksində yanğın olub.
"Report" xəbər verir ki, bu barədə məlumatı "Haber Global" yayıb.
Bildirilib ki, yaxın ətrafdakı tikililərə də keçən yanğının səbəbi hələ məlum deyil. Əraziyə yanğınsöndürmə briqadaları, polis və təcili tibbi yardım heyəti cəlb edilib.