AZ

Türkiyədə iki avtobus toqquşub, 18 nəfər yaralanıb

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda bələdiyyə avtobusu ilə mikroavtobus toqquşub.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, toqquşma nəticəsində aralarında şagirdlərin də olduğu 18 nəfər yaralanıb.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara aparılıb.

Seçilən
8
2
far.az

3Mənbələr