AZ

İnnovasiya qanunvericiliyinin daha da təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəkiİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin builki fəaliyyətindəinnovasiya istiqamətində qanunvericiliyin daha datəkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək.

Trend xəbərverir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)İdarə Heyətinin sədri Fərid Osmanov bu gün rəhbərlik etdiyi qurumunillik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, vençur fəaliyyətinin genişləndirilməsi,investisiya fondları və maliyyə alətlərinin genişləndirilməsiistiqamətində xüsusilə qanunvericilik layihələri üzərində aidiyyətiqurumlarla iş yekunlaşmaq üzrədir:

"Eyni zamanda texnopark fəaliyyətinin genişləndirilməsiistiqamətində fikirlərimiz var. Artıq bu istiqamətdə müvafiqlayihələrimiz də hazırlanıb və aidiyyəti qurumlara təqdimolunub".

Seçilən
48
az.trend.az

1Mənbələr