
"Gənclər Günü Azərbaycanın bütün bölgələrində geniş şəkildə qeyd olunur və ölkə gəncləri ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir.". Bu fikirləri millət vəkili Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, hazırda respublika üzrə 44 Gənclər evi fəaliyyət göstərir və bu mərkəzlər gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm rol oynayır. Onun sözlərinə görə, gənclər siyasətinin uğurlu təşəbbüslərindən biri olan “Gənclər paytaxtı” titulu bu il Goranboy rayonuna həvalə olunub.
Müşfiq Cəfərov vurğulayıb ki, gənclər onlara yaradılan şəraitdən fəal şəkildə istifadə edirlər. “Hazırda ölkədə 300-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərir və onlar müxtəlif layihələr icra edirlər. Bu layihələr gənclərin gələcək inkişafında müsbət rol oynayır”, – deyə deputat bildirib.
Millət vəkili əlavə edib ki, bu gün gənclərin sosiallaşması üçün hər cür şərait yaradılıb və gənclər öz asudə vaxtlarını səmərəli keçirmək məqsədilə bu məkanlara üz tuturlar. Onun fikrincə, görülən işlər uğurlu nəticələr verir.
Deputat həmçinin diqqətə çatdırıb ki, dövrün tələbləri dəyişir və dünya süni intellekt mərhələsinə daxil olur. “Belə bir şəraitdə gənclərin dünyagörüşü də dəyişir, inkişaf edir. Düşünürəm ki, Azərbaycan gəncləri yeniliyə və öyrənməyə meyllidir. Bu isə müsbət haldır”, – deyə Müşfiq Cəfərov vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta