AZ

Karlos Alkaras ilk dəfə “Australian Open”-in qalibi oldu

Melburnda ispaniyalı tennisçi Karlos Alkaras 2026-cı il Avstraliya Açıq Çempionatının qalibi oldu. Turnirin ümumi mükafat fondu təxminən 75 milyon dollar təşkil edib.

Oxuməni.az-ın məlumatına görə, Böyük Dəbilqə turnirinin final matçında dünya reytinqində birinci pillədə qərarlaşan Alkaras, serbiyalı Novak Cokoviçi (4-cü reytinq) 2:6, 6:2, 6:3, 7:5 hesabı ilə məğlub edib. Görüş 3 saat 2 dəqiqə davam edib.

22 yaşlı ispan ilk dəfə Australian Open-i qazanıb. Alkaras Böyük Dəbilqə turnirlərində yeddinci kubokunu qazanıb.

Cokoviçin 38 yaşı var. Onun tək kişi yarışında 24 Böyük Dəbilqə titulu var.

Almaz Həsənli

Seçilən
2
oxumeni.az

1Mənbələr