AZ

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb

İndoneziyanın Qərbi Yava əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.

News365.az xəbər verir ki, bu barədə "Tempo" nəşri yerli hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Altı nəfər itkin düşmüş hesab olunur.

Daha əvvəl 50 nəfərin öldüyü bildirilirdi.

Axtarış-xilasetmə əməliyyatı hazırda davam edir.

Xatırladaq ki, hadisə yanvarın 24-də Qərbi Bandunqda baş verib. Pasir-Lanqu yaşayış məntəqəsində güclü yağışlar zamanı torpaq sürüşməsi qeydə alınıb.

Seçilən
15
news365.az

1Mənbələr