AZ

Deputat: Yarımçıq binalarla bağlı MTK-lara qarşı sərt mexanizmlər yaradılmalıdır

Yüzlərlə, minlərlə ailə bəzi MTK-ların məsuliyyətsizliyi səbəbindən yarımçıq qalan binaların girovuna çevrilib və mövcud qanunvericilik vətəndaşları tam qoruya bilmir. Bunu deputat Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, MTK-lar üçün bank zəmanəti və ya sığorta təminatı, vətəndaş vəsaitinin nəzarətli depozit hesabları vasitəsilə qorunması, rəhbərliyin şəxsi məsuliyyəti, riskli şirkətlərin “qara siyahı”sı və zərərçəkmişlər üçün sürətli hüquqi mexanizmlər yaradılmalıdır.

Nurullayev vurğulayıb ki, bu sahədə Mülki Məcəllə və Şəhərsalma və Tikinti Məcəlləsinə kompleks dəyişikliklər hazırlanaraq qəbul edilməlidir

Gülnar Nazimqızı 

Seçilən
21
anews.az

1Mənbələr