AZ

Niscemidə torpaq sürüşməsindən sonra məktəblər açıldı

Bakı, 2 fevral, AZƏRTAC

İtaliyanın Niscemi şəhərində baş verən dağıdıcı torpaq sürüşməsindən sonra məktəblərdə təhsil prosesi bərpa edilir.

AZƏRTAC İtaliyanın Adnkronos agentliyinə istinadla xəbər verir ki, dərslər psixoloqların iştirakı ilə keçiriləcək.

Şəhər meri Massimiliano Konti bildirib ki, 17 sinif otağı əvvəlcədən müəyyən edilmiş təhlükəsiz binalara köçürülüb. Lakin Belvedere, Don Bosko və San Giuseppe məktəbləri şəhərin mərkəzi hissəsindəki qırmızı zonada yerləşdiyi üçün hələlik bağlı qalacaq.

Təbii fəlakət nəticəsində mindən çox sakin evlərini tərk etməli olub. Hazırda bələdiyyə tərəfindən zərərçəkənlərə zəruri yardımlar göstərilir. Yanğınsöndürənlər və mülki müdafiə könüllüləri isə təxliyə edilmiş evlərdən sakinlərin şəxsi əşyalarının çıxarılması prosesini davam etdirir.

Seçilən
9
1
azertag.az

2Mənbələr