2025-ci ildə Almaniyadan Rusiyaya 1334 nəfər qayıdıb. Proses "Dövlət könüllü qayıdış proqramı" çərçivəsində həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Almaniyanın "Stern" jurnalı məlumat yayıb.
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi bildirib ki, sözügedən proqram, Almaniya federal hakimiyyət orqanlarının geri qayıdan miqrantlar üçün reinteqrasiya və yardım proqramıdır. Bu proqram çərçivəsində Almaniya federal hakimiyyəti onların ölkələrinə uçuşlarını təşkil edir: böyüklər üçün 1000 avro, yetkinlik yaşına çatmayanlar üçün isə 500 avro məbləğində birdəfəlik müavinət də verilir.
Bildirilir ki, davam edən müharibə səbəbindən bu proqram Ukrayna vətəndaşlarına şamil edilmir.
Almaniya tərəfinin məlumatına görə, Rusiya 2025-ci ildə proqram iştirakçıları üçün ən populyar istiqamətlər arasında olub. Bunlar əvvəllər sığınacaq istəyən və ya ölkədə sabit hüquqi statusu olmayan insanlar idi.