AZ

Putinin adı Epşteyn sənədlərində çıxdı - "Əgər ölüdürlməzsə..." (FOTO)

ABŞ Ədliyyə Nazirinin müavini Todd Blanş azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə həbsdə olarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə bağlı aparılan istintaq çərçivəsində 3 milyondan çox yeni sənədin ictimaiyyətə təqdim edildiyini açıqlayıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, yeni açıqlanan materiallarda Rusiya Prezidenti Vladimir Putinin adının çəkilməsi diqqət çəkib.

Belə ki, 11 yanvar 2012-ci il tarixli sənəddə həmin dövrdə Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının deputatı İlya Ponomaryovun “dövlət başçısına qarşı qiyamın əsas təşkilatçılarından biri” olduğu iddia edilir. Sənəddə, “Əgər öldürülməzsə, Putinin yerini alaraq prezident ola bilər (gec-tez bu baş verəcək)” ifadəsi yer alıb.

Rusiya mətbuatında yayılan məlumatlara görə, İlya Ponomaryov 2016-cı ilin iyununda Ukraynadan yaşayış icazəsi alıb, 2019-cu ildə isə Ukrayna vətəndaşlığına keçib. Onun barəsində Rusiyada açılmış bir neçə cinayət işi olduğu bildirilir.

Fotoda İlya Ponomaryov:

İlya Ponomarev

Açıqlanan sənədlərdə Ukrayna Prezidenti Volodimir Zelenskinin adı da çəkilir. Epşteynə 2019-cu ildə göndərilən e-maillərdən birində belə qeyd olunub:

“Zelenski kömək axtarır. Putin isə Zelenskinin israillilər tərəfindən idarə olunduğunu deyərək ona qarşı alçaldıcı münasibət sərgiləyir.”

Epşteyn yaşı 14-dən başlayaraq 18 yaşdan aşağı onlarla qız uşağına qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə mühakimə olunurdu. O, 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropoliten Həbsxanasında saxlanıldığı kamerada ölü tapılmışdı.

Açıqlanan Epşteyn məhkəmə sənədlərində ABŞ Prezidenti Donald Tramp, sabiq prezident Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, sabiq vitse-prezident Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Koperfild, vəkil Alan Derşovits və keçmiş Nyu-Meksiko qubernatoru Bill Riçardson kimi tanınmış şəxslərin adları yer alıb.

ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Ədliyyə Nazirliyinin birgə apardığı araşdırma nəticəsində “müştəri siyahısı”nın mövcudluğuna dair heç bir sübut tapılmadığı bildirilib. Rəsmi qurumlar, Epşteynin guya ört-basdır məqsədilə öldürüldüyü iddialarını təkzib edərək, onun kamerasında intihar etdiyi qənaətinə gəlinildiyini açıqlayıb.

Gülayə Mecid 

Seçilən
11
2
unikal.az

3Mənbələr