AZ

Solovyov kosmosda nüvə bombası partlatmağı təklif edir...

...Rusiyalı təbliğatçı Vladimir Solovyov "Rossiya-1" kanalındakı verilişində kosmosda nüvə bombası partlatmağı təklif etdi.

Beləliklə, o, rusları Starlink peyklərindən ayırmaq qərarına gələn SpaceX-in baş direktoru Elon Maskdan qisas almağı təklif edir.

...Maskın üzərində işlədiyi hər şey, gördüyümüz kimiRusiyaya qarşı müharibənin maraqları naminə işləyir. Ona görə də, məsələn, Elon Maskın peykləri niyə bizim üçün qanuni hədəf olmadığını başa düşmürəm? Kosmosda tək bir nüvə partlatması bu problemi olduqca ciddi şəkildə həll edərdi...

Deməli bunu Solovyov deyib.

...Bütün peyklərimizi də itirəcəyimiz aydındır, amma biz çox geridə qalırıq və bizim üçün bu, kiçik bir itkidir - böyük bir problem deyil, biz göyərçinləri evə göndərməyə keçəcəyik...

SİA-nın əldə etdiyi məlumata görə, bunu da Solovyov əlavə edib.

Əli Babayev

Seçilən
12
sia.az

1Mənbələr