AZ

Bakıda bərbərxanada dava - Müştəri döyüldü

Bakıda bərbərxanada dava düşüb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini Murad Məmmədov (soyad şərtidir - red.) bərbərxanaya gedib və bərbərin yerində olmadığını görüb.

Həmin vaxt onun tanışı Ehtiram da obyektə gəlib. Bərbər orada olmadığı üçün hər iki müştəri bərbərxanada gözləməli olub.

Həmin vaxt Murad Ehtiramla zarafat edib və bu zarafat Ehtiramın xoşuna gəlməyib. Ehtiram Muradın boynunu sıxaraq, ona irad bildirib və ovunla zarafat etməməsini tapşırıb. Nəticədə tərəflər arasında mübahisə başlayıb. Mübahisə zamanı Murad Ehtirama yumruq zərbələri endirib. Hadisə nəticəsində Ehtiram xəsarətlər alıb.
 

Hadisə yerinə polis əməkdaşları gəliblər və M.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.


Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara görə M.Məmmədova "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilmiş amnistiya aktı tətbiq edilib və o, məsuliyyətdən azad olunub. (Oxu.az)

Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr