ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Yeni Yasamal ərazisində yol hərəkətinin təşkili ilə bağlı ciddi problem qeydə alınıb. Söhbət Kənar yol ilə Əsəd Əhmədov küçəsinin kəsişməsindən gedir.
Avtosfer.az xəbər verir ki, sözügedən kəsişmədə quraşdırılmış svetoforlardan biri artıq uzun müddətdir ki, işləmir. Problemin əsas narahatlıq doğuran tərəfi isə ondan ibarətdir ki, nasaz svetofor nə qaranlıq vaxtı, nə də gün işığında görünür. Bu isə həm sürücülər, həm də piyadalar üçün real təhlükə yaradır.
Müşahidələrə görə, kəsişmədə digər svetoforlar normal rejimdə fəaliyyət göstərsə də sıradan çıxmış qurğu yol hərəkətində çaşqınlığa səbəb olur. Xüsusilə pik saatlarda və axşam vaxtı bu vəziyyət qəza riskini daha da artırır.
Bakıda sürücülər arasında xoş ünsiyyət - Bu dəfə dava yox, təşəkkür edildi - VİDEO
Sakinlərin bildirdiyinə görə, problem bir neçə vaxtdır mövcuddur, lakin indiyədək məsələ ilə bağlı hər hansı bərpa və ya təmir işi aparılmayıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumatda bildirilir ki, svetoforun görünüşü ilə bağlı yaranan problem aradan qaldırılıb.
Eltac Zülfüqaroğlu
.jpg)
Oxunub 188
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.