AZ

Prezident seçkisi üçün iclas bir daha təxirə salındı

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İraq Məclisində prezident seçkisi üçün keçirilməsi nəzərdə tutulan iclas bir dəfə də irəli tarixə təxirə salınıb.

"Cebheinfo.az" xəbər verir ki, İraqın rəsmi xəbər agentliyi INA-nın məlumatına görə, bu gün keçirilməsi planlaşdırılan prezident seçkisinə dair parlament iclası yetərli deputat sayının toplanmaması səbəbilə yenidən təxirə salınıb.

Sözügedən iclas yanvarın 27-də də yetərli deputat sayına çatılmadığı üçün baş tutmamışdı.

İraqda 2003-cü ildən sonra formalaşan siyasi balans çərçivəsində prezident kürd siyasi partiyalarının namizədləri arasından seçilir. Keçmiş prezident Cəlal Tələbani vəfat etdikdən sonra bu vəzifə bu günədək Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) üzvləri tərəfindən icra olunub.

İraqda 11 noyabr 2025-ci ildə keçirilən ümumi seçkilərdən sonra şiə partiya liderlərindən ibarət Koordinasiya Çərçivəsi parlamentdə ən böyük blok kimi keçmiş baş nazir Nuri əl-Malikini baş nazir postuna namizəd kimi irəli sürmüşdü.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr