Türkiyəli şərhçi Levent Tüzemen “Qalatasaray”ın transfer gündəmini silkələyəcək açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, klub daxilindən aldığı məlumatlara istinad edən Tüzemen bildirib ki, Lionel Messi “Qalatasaray”ın gündəminə gəlib.
Onun sözlərinə görə, argentinalı ulduz futbolçu dünya kubokuna hazır vəziyyətdə getmək üçün yalnız İstanbulda oynamaq şərti ilə “sarı-qırmızılı” kluba müsbət cavab verib:
“Bunu klub rəhbərliyi də təsdiqlədi. ABŞ-dan Lionel Messini “Qalatasaray” gətirmək istədilər. Çox açıq deyirəm. Messi gəlsə, 1 milyon insan hava limanına axışar. İstanbulda oynamaq şərti ilə gələcəyini deyib. Cəmi 12 matç üçün. Səfər oyunlarına getməmək şərti ilə… Bu, rəsmi təklifdir. Belə bir məsələ gündəmə gəlib. Layihə 4 aylıqdır.”