AZ

ABŞ onları qoruyur: İranın cavab zərbəsinə qarşı plan

ABŞ-ın İrana hava hücumları qaçılmaz deyil.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, Pentaqon İranın cavab zərbəsi və potensial uzunmüddətli münaqişə halında İsraili, Amerika qoşunlarını və ərəb müttəfiqlərini qorumaq üçün əlavə hava hücumundan müdafiə vasitələri yerləşdirir.

Əgər əmr bu gün verilərsə, ordu İrana qarşı yalnız məhdud hava hücumları həyata keçirə biləcək.

"Hava hücumundan müdafiə məsələsi əsas məsələdir - bölgədəki qoşunlarımızı və obyektlərimizi İranın hər hansı bir cavab tədbirindən qorumaq üçün maddi imkanlara sahibik", - deyə ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi və İran üzrə ekspert Syuzan Meloni bildirib.

Seçilən
7
publika.az

1Mənbələr