AZ

Naxçıvanda şəhid ailələri ziyarət edilib

Naxçıvanda şəhid ailələri ziyarət edilib

Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid ailələri ziyarəti edilib.

AFN.az xəbər verir ki, ziyarət Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Zəfər hekayələri” layihəsi çərçivəsində baş tutub.

Layihənin əsas məqsədi şəhidlərimizin həyat yolunu, ailə yaddaşında yaşayan xatirələri, uşaqlıq, təhsil, hərbi xidmət və döyüş dövrünə dair məqamları ailə üzvlərinin dilindən toplayaraq sənədləşdirmək, bu xatirələri qorumaq və gələcək nəsillərə ötürməkdir.

Ziyarətlər zamanı “Hər hekayə-bir zəfər” yanaşması çərçivəsində şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, ailə üzvləri əzizləri ilə bağlı yaddaşlarında qalan dəyərli xatirələri bölüşüblər.

Qeyd edək ki, “Zəfər hekayələri” layihəsinin iştirakçıları layihənin tərəfdaşları olan Naxçıvan Müəllimlər İnstitutunun fəal tələbələri, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Gənclər Təşkilatının üzvləridir.

Seçilən
7
afn.az

1Mənbələr