Braziliyada iki il gözlədiyi əməliyyatdan çıxan şəxs bir yumruq zərbəsi ilə yenidən kor olub.
İnterpress.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Braziliyada 44 yaşlı bir kişinin başına gələn hadisə ölkədə böyük üzüntü və təəccübə səbəb olub.
Həmin şəxs görmə qabiliyyətini bərpa etmək məqsədilə buynuz qişa nəqli (kornea transplantasiyası) üçün tam iki il növbə gözləyib.
Nəhayət, uğurlu cərrahi əməliyyatdan sonra o, görmə qabiliyyətini qazanaraq klinikadan çıxıb.
Lakin o, klinikanın binasını tərk edən kimi küçədə olan bir evsiz şəxs qəfildən ona yaxınlaşaraq heç bir səbəb olmadan gözünə güclü yumruq zərbəsi endirib.
Zərbə birbaşa yeni əməliyyat olunmuş gözə dəydiyi üçün kişi ağır zədə alıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, o, yenidən görmə qabiliyyətini itirərək kor olub.
Xuraman Etibarlı
İnterpress.az