ain.az, sport24.az portalına istinadən məlumat yayır.
"Sabah"ın futbolçusu Stiv Solvetin Sport24.az-a müsahibəsi- Misli Premyer Liqasının XVIII turunda səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub etdiniz. Oyun haqqında təəssüratların necədir?- Matça qələbə üçün çıxmışdıq. Məncə, yaxşı performans da sərgilədik. Qarşılaşmada yeganə təəssüfləndirici məqam son dəqiqələrdə qol buraxmağımız oldu. Amma əsas olan 3 xal idi ki, onu da qazandıq. - Səncə, erkən qollar vurmağınız qələbədə önəmli rol oynadımı?- Komanda olaraq oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə bizə lazım olan qolları vurduq. İlk hissədə 3 top fərqi ilə önə keçməyimizin matçda həlledici rol oynadığını düşünürəm. - "Zirə" kimi komandanı səfərdə məğlub etdikdən sonra çempionluq inamınız artırmı?- Mövsümün ikinci hissəsi hələ irəlidədir. İndi yalnız oyundan-oyuna inkişaf etmək barədə düşünürük. Əsas məqsədimiz budur. - "Qarabağ" ardıcıl çempionluqlar qazanıb. "Sabah" da bu mövsüm iddialıdır. Rəqibin çempionluq seriyasını qıra biləcəksiniz?- Dediyim kimi, hazırda ancaq öz oyunumuza köklənmişik. Ancaq öz oyunumuzu inkişaf etdirmək barədə düşünürük. Sonda hansı nəticə qeydə alınacaq, bunu mövsümün sonunda birlikdə görəcəyik.- Həftəiçi Azərbaycan Kubokunun oyunları olacaq. İki cəbhədə mübarizə aparmaq sizin işinizi çətinləşdirə bilər?- Xeyr. Mən elə düşünmürəm. Biz hər turnirdə maksimum nəticə qazanmağı hədəfləyirik.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.