Premyer Liqada sonuncu pillədə olmasına baxmayaraq, "Karvan"ın gələcəklə bağlı ciddi planları var.
Rekord.az xəbər verir ki, klub rəhbərliyi hazırkı stadionun yaxınlığında, hazırkı ehtiyat meydançanın yerində 1300 nəfərlik ehtiyat stadion da tikəcək.
Həmin stadionun örtüyü isə təbii olacaq. İşlərə yay aylarında başlanılması nəzərdə tutulub.