AZ

BMT üzvlük haqlarını yığa bilmir

 Birləşmiş Millətlər Təşkilatı üzv dövlətlərdən üzvlük haqqı  borclarını ala bilmir. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, istəsəm üzv ölkələri üzvlük haqları borclarını  ödəməyə məcbur edərəm və bununlada BMT-nin maliyyə problemlərin həll edərəm.

 "Əgər onlar (üzv ölkələr) mənə müraciət etsələr, mən onları həm BMT-yə, həmçinin NATO-ya olan üzvlük haqları borclarını  ödəməyə məcbur edərəm"- deyə Tramp Politico ilə döhbətində bildirib.

 Amerikan lideri  nədənsə  ABŞ-ın özünün bu təşkilatlara yığılıb qalan borcları barədə heç nə deməyib. Deyəsən o borclarıda Avropa və digər üzv dövlətlərin boynuna yükləmək istəyir.

 Xatırladırıq ki, BMT-nin bsş katubi Antoniu Qutteriş daha əvvəl bildirib ki, rəhbərlik etdiyi beynəlxalq təşkilat, üzv ölkələrin üzvlük haqqlnı vaxtlnda ödəmədikləri ucbatından  "qaçılmaz maliyyə kollapsı" altına düşüb. 

 Rüstəm Hacıyev

Seçilən
9
1
adalet.az

2Mənbələr