Azvision saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, “ABC News” telekanalının məlumatına görə, demokratların namizədi, həmkarlar ittifaqlarının lideri və Hərbi Hava Qüvvələri veteranı Teylor Remet rəqibi Li Vambsqansı 14%-lik üstünlüklə məğlub edib. Xüsusilə diqqətçəkən məqam budur ki, ABŞ prezidenti Donald Tramp 2024-cü ildə keçirilən seçkilərdə bu dairədə rəqibindən 17 faiz çox səs toplayıb. Seçkinin qalibi uğurunun ölkədaxili sosial problemlərin həllinə ictimai tələbin sayəsində mümkün olduğunu bildirib. “Bu qələbə sadə zəhmətkeş insanlara məxsusdur”, – kampaniyasını iş yerlərini qorumaq və təhsili dəstəkləmək vədləri üzərində qurmuş Teylor Remet deyib. Demokratların liderləri artıq bu nəticəni Ağ Ev üçün böyük siyasi böhranın müjdəçisi adlandırırlar. Demokratlar Partiyasının Milli Komitəsinin sədri Ken Martin birbaşa hazırkı administrasiyanın mövqeyinin zəifliyinə diqqət çəkib. - Bu, bütün ölkə üzrə respublikaçılar üçün xəbərdarlıq işarəsidir”, – siyasətçi mediaya açıqlamasında vurğulayıb. Respublikaçılar üçün sarsıdıcı nəticə, seçiciləri MAGA hərəkatının “misilsiz dəstəkçisi” Li Vambsqansa səs verməyə fəal şəkildə çağıran Trampın şəxsi dəstəyinə rəğmən əldə olunub. Lakin bu dəfə “Tramp effekti” reallaşmayıb. Mühafizəkar ştatın lap “ürəyindəki” hazırkı məğlubiyyəti ekspertlər 2026-cı ilin noyabrına planlaşdırılan Konqresə aralıq seçkiləri ərəfəsində qorxulu simptom kimi qiymətləndirirlər. Sahil İsgəndərov
AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.