Türkiyənin Uludağ vilayətində Kanat xəttində baş verən texniki nasazlıq səbəbindən 40 nəfər kabinlərdə əlacsız qalıb. Ajans.az xəbər verir ki, hadisə soyuq hava və güclü külək şəraitində qeydə alınıb.
Məlumata görə, dərhal aidiyyəti qurumlar tərəfindən xilasetmə tədbirlərinə başlanılıb.