AZ

“Mümkün müharibə hər kəs üçün fəlakət olacaq” - İran XİN rəhbəri

“Mümkün müharibə hamı üçün fəlakət olacaq”.

Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “CNN” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, daha əvvəl baş vermiş qarşıdurma zamanı İran və İsrail arasında müharibənin miqyasının genişlənməməsi üçün Tehran xüsusi səylər göstərib.

İran XİN rəhbəri iddia edib ki, hazırkı vəziyyətdə müharibə İran və ABŞ arasında baş verərsə, bunun təsirləri əvvəlkindən qat-qat geniş olacaq.

Əraqçı qeyd edib ki, ABŞ-nin hərbi bazalarının Yaxın Şərqin müxtəlif ölkələrinə səpələnməsi səbəbindən, bölgənin böyük bir hissəsinin münaqişəyə cəlb olunması qaçılmazdır.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr