AZ

“Tramp İranın cavabını çox gözləməyəcək” - Amerikalı diplomat

“ABŞ Prezidenti Donald Trampın İranın Vaşinqtonun tələblərinə cavab verməsi üçün səbrinin həddi var və bu proses sonsuz davam etməyəcək”.

Missiya.Az xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker “Fox News” telekanalına müsahibəsində deyub.

Onun sözlərinə görə, Tramp Tehrana açıq bildirib ki, İran nüvə silahına sahib ola bilməz və etirazçıların öldürülməsi qəbuledilməzdir.

Uitaker həmçinin qeyd edib ki, müttəfiqlər Vaşinqtonun hansı addımlar ata biləcəyindən xəbərdardır.

“İran rəsmiləri vəziyyəti asanlıqla və dərhal yumşalda bilərlər. Top onların meydançasındadır. Ancaq Donald Tramp onların cavabını sonsuza qədər gözləməyəcək”, - deyə diplomat vurğulayıb.

Daşqın Həsənov

Missiya.Az

Seçilən
10
2
missiya.az

3Mənbələr