AZ

Bill Qeyts Epşteyn işi üzrə irəli sürülən iddialara cavab verdi

Bill
Microsoft-un qurucusu və milyarder Bill Qeytsin nümayəndəsi onun barəsində irəli sürülən iddialara münasibət bildirib. 1news.az "The Nyu York Times" istinadənxəbər verir ki, Ceffri Epşteynlə bağlı qalmaqallı iş üzrə bu yaxınlarda dərc olunan sənədlərdə Bill Qeyts haqqında təsdiqlənməmiş ittihamlar yer alıb.
Sənədlərdə iddia olunur ki, Qeyts guya “rus qızları” ilə münasibətlərindən sonra xəstəliyini həmin vaxtkı həyat yoldaşından gizlətməyə çalışıb. Business Insider nəşrinə açıqlama verən Qeytsin nümayəndəsi bu iddiaları qəti şəkildə təkzib edib: “Bu ittihamlar tamamilə absurddur və həqiqətə uyğun deyil. Sənədlər yalnız Epşteynin Qeytslə davamlı münasibətlərinin olmamasından məyus olduğunu və onu cəlb etmək, eləcə də böhtan atmaq üçün hansı addımlara hazır olduğunu göstərir”.

Qeyd edək ki, seksual cinayətlərdə ittiham olunan və həbsxanada ölü tapılan C.Epşteynlə bağlı istintaq materiallarının bir hissəsinin açıqlanmasından sonra məsələ ABŞ-da yenidən gündəmə gəlib. Yeni materiallar üç milyondan çox elektron məktub, məhkəmə sənədi və fotoşəkilləri əhatə edir.

Seçilən
38
1news.az

1Mənbələr