Həkim Renato Botello bildirib ki, evdə ən çirkli əşyalardan biri termosdur.
Redaktor.az xəbər verir ki, o, bu haqda "Terra" nəşrinə danışıb.
Həkim bildirib ki, əksər insanlar termosu sadəcə su və təmizlik vasitəsiylə yuyub təmizlədiklərini düşünür, lakin bu üsul içində yığılmış bakteriyaları tamamilə aradan qaldırmır.
Botellonun sözlərinə görə, termosun divarlarında biofilm yarana bilər və bu, patogen bakteriyaların çoxalması üçün ideal mühitdir. Qoxu və ya gözlə görünən çirklər olmasa belə, onu yalnız diqqətlə sürtməklə təmizləmək mümkündür.
Həkim əlavə edib ki, davamlı rütubət, tüpürcək qalıqları, yaxşı dezinfeksiya edilməmiş qapaqlar və sızdırmazlıq hissələri bakteriyaların çoxalması üçün mükəmməl mühit yaradır. Bu səbəbdən Botello tövsiyə edir ki, termos hər gün fırça ilə, neytral yuyucu vasitə ilə yuyulsun. Həftədə bir-iki dəfə isə xüsusi, dərin təmizləmə üçün nəzərdə tutulmuş vasitədən istifadə etmək lazımdır.
Bundan əlavə, Botello termos və oxşar alətlərin diqqətlə qurudulmasının vacibliyini də qeyd edib. Onun sözlərinə görə, düzgün qurutma biofilmin yaranmasının qarşısını alır və bakteriyaların çoxalmasının qarşısını alır.
Həkim həmçinin bildirib ki, termosun düzgün təmizlənməsi yalnız gigiyena üçün deyil, həm də içkinin dadının qorunması üçün əhəmiyyətlidir.
Aytəkin TOFİQQIZI