Ağsuda iki nəfər arasında yaranmış mübahisə qanla bitib.
7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.
Belə ki, 21 yaşlı Murad Muradov aralarında yaranmış mübahisə zəminində 33 yaşlı Ağamir Əkbərliyə şüşə qırıntısı ilə ağır xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırma aparılır.