AZ

AFFA klublardan imtahan götürdü

AFFA-nın təşkilatçılığı ilə klublarda lisenziyalaşdırma sahəsində çalışan yeni əməkdaşlar üçün onlayn formatda imtahan keçirilib.

Msport.az xəbər verir ki, əvvəlcə AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları iştirakçılara imtahanın şərtlərini xatırladıblar.

Menecerlər verilən sualları cavablandırıblar. İmtahandan müvəffəqiyyətlə keçən klub nümayəndələri xüsusi sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, lisenziya qaydalarına əsasən, lisenziya iddiaçısı olan hər bir klubun lisenziyalaşdırma üzrə meneceri qeyd olunan sertifikata malik olmalıdır.

Seçilən
13
7
msport.az

10Mənbələr