AZ

Prezident “Neftçi”yə biabırçı məğlubiyyətə dözmədi, tələb etdi ki…

«Araz-Naxçıvan»ın Premyer Liqanın 18-ci turunda «Neftçi»yə böyükhesablı məğlubiyyəti (0:4) Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovu qəzəbləndirib.

Mərdəkandakeçirilən oyunu tribunadan izləyən NFF-nın birinci şəxsi komandanın həm oyunundan, həm də nəticədən kəskin narazı qalıb.

O, bu yenilgiyə görə hesabat tələb edib. Klub rəsmiləri Axundovu inandırmağa çalışıb ki, problem müdafiə xətti ilə bağlıdır.

Andrey Demçenkonun heyət qurmaqda çətinlik çəkdiyini deyiblər.

Federasiya başçısının diqqətinə çatdırılıb ki, yeni baş məşqçi burada görəcəyi işin uğurlu alınacağına əmindir, sadəcə, ona vaxt lazımdır.

Muxtar Respublika təmsilçisi çempionatın geridə qalan bölümündə 27 xal toplayıb. Turnir cədvəlinin altıncı pilləsində qərarlaşan «ağ-qaralar» üst sıradakı «Zirə»dən 2 xal geri qalır.

SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr