AZ

Rəfah sərhədində yeni rejim: Humanitar yardıma icazə yoxdur

İsrail mediası Rəfah sərhəd keçid məntəqəsinin bu gün yalnız sınaq məqsədilə açıldığını və piyada keçidlərinin sabahdan istifadəyə veriləcəyini bildirib.

Turkustan.az
xəbər verir ki, hesabatda bildirilir ki, sabahdan etibarən sərhədi məhdud sayda insan keçə bilər, hər gün 150 nəfərin Qəzzanı tərk etməsinə, 50 nəfərin isə geri qayıtmasına icazə veriləcək. Misirdən gələn humanitar yardım yük maşınlarının Rəfah sərhəd keçid məntəqəsindən Qəzzaya daxil olmasına icazə verilməyəcək.

İsrailin 12-ci Kanal televiziyası bildirib ki, Qəzzaya giriş və çıxış Misirlə koordinasiya yolu ilə mümkün olacaq və Misir sərhədi keçməyə icazə verilənlərin siyahısını təsdiq üçün 24 saat əvvəl İsrailə təqdim edəcək. İsrail həmçinin Avropa Birliyinin Rəfah Sərhəd Yardım Missiyasının (EUBAM Rəfah) yerləşdiyi keçid məntəqəsində təhlükəsizlik yoxlamaları aparacaq.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
1
1
turkustan.az

2Mənbələr