AZ

Özbəkistanda ölüm halları artıb

Yazını böyüt
Yazını kiçilt

Özbəkistanda 2025-ci ildə ölənlərin sayı 177104-ə çatıb. Milli Statistika Komitəsinin məlumatına görə, bu rəqəm 2024-cü illə müqayisədə 2700 nəfər artım deməkdir.

Hafta.az yazır ki, son bir ildə ölənlərin 55,1 faizi kişilər (97500 nəfər), 45,9 faizi isə qadınlar (81400 nəfər) olub. Bundan əlavə, ölənlərin 54,1 faizi şəhər yerlərində (95700 nəfər), 45,9 faizi isə kənd yerlərində (81400 nəfər) yaşayıb.

Ölüm səbəblərinin təhlili göstərir ki, qan dövranı sistemi xəstəlikləri ən çox yayılmış səbəbdir. Vurğulanır ki, hər il ölkədə baş verən bütün ölümlərin yarıdan çoxu məhz qan dövranı sistemi xəstəliklərindən qaynaqlanır. 2025-ci ilin son rübündə bu amildən ölənlərin sayı 104mini keçib. Bunlardan sonra şiş xəstəlikləri, tənəffüs yolları xəstəlikləri və digər xəstəliklər ölümün növbəti əsas səbəbləri olub.

Özbəkistan 2030-cu ilə qədər əhalisinin orta ömür müddətini 78 yaşa çatdırmağı hədəfləyib. Milli Statistika Komitəsinin məlumatlarına görə, daimi əhalinin illər üzrə orta ömür uzunluğunun dinamikası 1991-ci ildə 66,4 il olduğu halda 2000-ci ildə 70,8 il, 2010-cu ildə 73 il, 2020-ci ildə 73,4 il, 2023-cü ildə isə 74,7 il olub.

2025-ci ilin avqust ayında Müstəqillik Gününün qeyd edilməsi mərasimində çıxış edən Şavkat Mirziyoyev orta ömür müddətinin ən son 75,1 ilə qədər artdığını qeyd edib.

Seçilən
1
hafta.az

1Mənbələr