AZ

Büdcə təsdiqləndikdən sonra Makron “axsaq ördək”ə çevriləcək- ÖZƏL 

Fransa prezidenti Emmanuel Makron ölkənin büdcəsi yekun şəkildə təsdiqləndikdən sonra siyasi baxımdan "axsaq ördək" statusuna düşəcək. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri yazır. Qanunvericiliyə əsasən, etimadsızlıq votumu qəbul edilmədiyi halda büdcə avtomatik olaraq təsdiqlənmiş sayılacaq.
Politicoya anonimlik şərti ilə danışan bir sıra fransız siyasətçilər - hazırkı və keçmiş nazirlər, deputatlar və müşavirlər, o cümlədən Makronun üç müttəfiqi bildiriblər ki, büdcə ətrafında siyasi mübarizə artıq başa çatıb. Onların sözlərinə görə, bundan sonra ölkənin siyasi elitası diqqətini 2027-ci ildə keçiriləcək prezident seçkilərinə yönəldəcək. Həmin seçkilərdə Emmanuel Makron konstitusiyaya görə iştirak edə bilməyəcək. Bu da onun siyasi təsir imkanlarını zəiflədərək "axsaq ördək" - yəni səlahiyyət müddəti bitməkdə olan və yenidən seçilmək imkanı olmayan siyasətçi vəziyyətinə salacaq.
Bununla belə, nəşr qeyd edir ki, Makron beynəlxalq arenada fəal rolunu qoruyub saxlayacaq. Çünki Fransa prezidenti xarici siyasət və təhlükəsizlik məsələlərində geniş səlahiyyətlərə malikdir. Qlobal siyasətdə ABŞ prezidenti Donald Tramp administrasiyasının addımlarının yaratdığı gərginlik fonunda Makronun rolu hələ də əhəmiyyətli olaraq qalacaq.
Politico həmçinin vurğulayır ki, Sebastyen Lekornünün büdcə böhranını həll etməsi onu 2027-ci il prezident seçkilərində potensial namizədlərdən birinə çevirir. Ipsos şirkətinin tədqiqatçısı Matye Gallar da bu fikirlə razılaşaraq qeyd edib ki, Fransa siyasətində baş nazir postundan prezident kürsüsünə keçid "həmişə çətin proses" olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
20
olaylar.az

1Mənbələr